Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən qanlı terror aktı ilə bağlı istintaq davam edir. Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən qanlı terror aktı ilə bağlı istintaq davam edir.

“Atatürk” terrorunda “ilanın başı”- Təşkilatçı “Tək qol” Əhməd imiş + Foto

Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən qanlı terror aktı ilə bağlı istintaq davam edir.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin "ilanın başı" olaraq adlandırdığı terroçunun tapılması üçün axtarış aparılır. Onun belə adlandırılmasının səbəbi isə Atatürk hava limanındakı terrorun təşkilatçısı hesab edilməsidir. Əslən çeçen olan Əhmet Çatayev adlı terrorçunun İŞİD-in İstanbul üzrə səlahiyyətli nümayəndəsi olduğu bildirilir.

Qeyd edək ki, polis həmin terrorçunu tapmaq üçün 16 müxtəlif ünvanda axtarış aparıb. Həyata keçirilən əməliyyat nəticəsində 4-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılıb. Lakin hava limanındakı terror aktı ilə yanaşı Taksim və Sultanahmetdəki hücumları da təşkil etdiyi bildirilən Çatayev hələki ələ keçirilməyib.

Onu da bildirək ki, İŞİD üzvü olan Çatayev 2000-ci illərin əvvəlində Rusiyada həbsdə olarkən qolu "qanqrena" yarandığı üçün amputasiya olunub. Buna görə də o, "tək qol" ləqəbi ilə tanınır.

Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.

Aydan AXUNDOVA