Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb. Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Türkiyədə hərbi helikopter qəzaya düşdü - 6 şəhid (Video + Yenilənib)

Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.


Bunu Giresun bələdiyyə rəhbəri Kərim Aksu deyib.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub.

Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.

***
21:09

Türkiyənin Giresun əyalətində qəzaya uğrayan hərbi helikopterin göyərtəsində əyalət jandarma rəisi Mustafa Doğru daxil olmaqla 11 nəfər olub.

Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***
20:23

Türkiyənin Giresun əyalətində göyərtəsində 10 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində əyalətin jandarm rəisi Mustafa Doğru daxil olmaqla 10 nəfər olub.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Apa.az