Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir. Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir.

Ordu Atatürk aeroportunu tərk etdi - İlk təyyarə endi

Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir.


Son gələn məlumatda isə vətəndaşların tankları o bölgədən tamamilə uzaqlaşdıraraq aeroporta girdiyi və Türk Hava Yollarının ilk təyyarəsinin aeroporta endiyi bildirilir. Çevriliş təşəbbüsçülərinin İstanbulun başqa nöqtələrində öz iqtidarlarını bərqərar etmək üçün silahdan istifadə etdiklərinə dair xəbərlər də verilir.

Mediaya açıqlama verən baş nazirin müavini Numan Kurtulmuş "Türkiyənin və Türk demokratiyasının bu çevriliş təşəbbüsündən daha da güclənərək çıxacağını" vurğulayıb.

Numan Kurtulmuş xalqı təhriklərə qapılmamağa çağırıb. Digər tərəfdən, İstanbulun məscidlərində əzan oxunmasına davam edilir. İstanbul baş polis idarəsinin yerləşdiyi Vətən prospektinə gedən vətəndaşlar "Allahü əkbər!"-nidaları səsləndirirlər.


Apa.az