Quba sakini faciəli şəkildə öldü

Quba sakini elektrik mişarı ilə ehtiyatsız davrandığından xəsarət alaraq ölüb.


AzNews.az Daxili İşlər Nazirliyhinin saytına istinadən xəbər verir ki, iyulun 22-də Quba rayonunun Adur kəndində yaşayan Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət almışdır. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.