Ərdoğanın müxalifət liderləri ilə 2 saat 40 dəqiqəlik görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.


Prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: "Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu".


Apa.az