Türkiyədə bu səhər İstanbul polisi “FETÖ”ylə əlaqəli vali və bələdiyyə sədrlərinə qarşı əməliyyata başlayıb. Türkiyədə bu səhər İstanbul polisi “FETÖ”ylə əlaqəli vali və bələdiyyə sədrlərinə qarşı əməliyyata başlayıb.

İstanbulun sabiq valisi saxlanıldı - Evində axtarış aparılır

Türkiyədə bu səhər İstanbul polisi “FETÖ”ylə əlaqəli vali və bələdiyyə sədrlərinə qarşı əməliyyata başlayıb.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində bundan öncə vəzifəsindən uzaqlaşdırılan İstanbul valisi Hüseyin Avni Mutlu saxlanılıb.

Onun Üsküdarda yerləşən evində axtarış aparılır. Bundan əlavə, əməliyyat çərçivəsində fətullahçılarla əlaqəli olduğu iddia edilən bəzi bələdiyyə sədrləri haqqında da saxlanma qərarı verilib.

Aydan AXUNDOVA