Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.

Türkiyə-Suriya sərhədində güclü partlayış - 44 ölü, 140 yaralı (Yenilənib 2)

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.


"Milliyet" xəbər verir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.

Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb. Nəticədə 14 nəfər ölüb, 50 nəfər yaralanıb. Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib.

Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 22 nəfər olduğunu açıqlayıb.
Məlumatda həmçinin Türkiyənin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.

13:08
***

Partlayış nəticəsində ölənlərin sayı artıb.

Suriya dövlət televiziyası patlayışda 31 nəfərin öldüyünü, 170 nəfərin yaralandığını, mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Şurası isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.

"Reuters"in xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

13:34
***

Suriya dövlət agentliyi (SANA) patlayışda 44 nəfərin öldüyünü, 140 nəfərin yaralandığını bildirib.

Report.az