58 nəfər ölkədən qaçmağa çalışarkən tutuldu

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 58 nəfər ölkədən qaçmağa çalışarkən saxlanılıb.


Məhkəmə iyulun 17-də həmin şəxslərin yaxalanması barədə qərar verib.

Məlumata görə, onlar İstanbul şəhərinin Atatürk Hava Limanında xarici ölkələrə qaçmağa səy göstəriblər. Ancaq Türkiyə polisi buna imkan verməyib.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 2000-dən insan yaralanıb.


Report.az