- Köhnə - Region
- 1 Avqust 2016 15:55
- 14 047
Gülənin kassiri qaçaq düşdü - 51 milyon ələ keçirildi
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı başlayan nəhəng əməliyyat davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin polisləri FETÖ-nün təhsil və maliyyə sahəsində kassalarını idarə edən Murat Kılıçın məkanlarına basqın edib. Təşkil edilən basqınlarda pul kuryeri olduğu müəyyən edilən 4 nəfər və 50 milyon türk lirəsi çek-sənəd və 1 milyon türk lirəsi nağd pul ələ keçirilib.
Qaçaq olan Murat Kılıçın isə axtarışları davam edir.
Aydan AXUNDOVA