Rus hərbçisinə ömürlük həbs cəzası istənildi - Ermənistanda

Ermənistanda bir ailənin yeddi üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakova ömürlük həbs cəzasının verilməsi istənilib.


Dövlət ittihamçısı məhz bu qərarı ədalətli hesab etdiyini bildirib.

Vəkil məhkəmə iclasının 2-3 həftə təxirə salınması üçün vəsatət qaldırsa da, hakim bunu rədd edib. Bu etiraz olaraq zərərçəkən tərəfin nümayəndələri məhkəmə zalını tərk ediblər.


APA.az