- Köhnə - Region
- 30 Avqust 2016 11:02
- 6 247
Türkiyədə 35 jurnalist saxlanıldı
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullahçı terror təşkilatına (FETÖ) qarşı aparılan geniş əməliyyat davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Baş prokurorluğunda FETÖ-nün media quruluşuna qarşı aparılan istintaq nəticəsində 35 nəfər şübhəli şəxs barədə saxlanma qərarı verilib.
Şübhəlilərin media və sosial mediada FETÖ lehinə təbliğat apardıqları qeyd olunur.
Aydan AXUNDOVA