- Köhnə - Region
- 2 Sentyabr 2016 15:06
- 9 074
Fərari erməni hərbçi saxlanıldı - Rusiyada
Ermənistanın fərari hərbçisi Rusiyada saxlanılıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tümen vilayət prokurorluğundan məlumat verilib. Bildirilib ki, Ermənistan vətəndaşı Vaqe Ohanesyan avqustun 29-da polis tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı onun axtarışda olduğu məlum olub. Məhkəmənin qərarı ilə qaçaq həbs olunub.
Prokurorluqdan verilən məlumata görə, Ohanesyanın Ermənistana ekstradisiyası üçün yoxlama aparılıb və sənədlər Rusiya Baş prokurorluğuna göndərilib.
Məlumata görə, Ohanesyan 2009-cu ildən erməni ordusunda xidmət edib. 2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri olan Ohanesyan istefa verib və ölkədən gedib. Faktla əlaqədar "fərari" maddəsilə cinayət işi başladılıb. Onun barəsində qiyabi ittiham irəli sürülüb.
Aydan AXUNDOVA