"İrs" partiyasının lideri Raffi Ovannisyan öz mübarizəsi ilə hökumətlə dialoq və danışıqların həyata keçirilməsi arasında heç bir ziddiyət görmür "İrs" partiyasının lideri Raffi Ovannisyan öz mübarizəsi ilə hökumətlə dialoq və danışıqların həyata keçirilməsi arasında heç bir ziddiyət görmür

“Sərkisyan istəsə kafedə görüşə bilərik“

"İrs" partiyasının lideri Raffi Ovannisyan öz mübarizəsi ilə hökumətlə dialoq və danışıqların həyata keçirilməsi arasında heç bir ziddiyət görmür




Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, çərşənbə günü Azadlıq meydanında jurnalistlərlə görüşən Ovannisyan deyib ki, Ermənistan Prezidenti Serj Sarkisyana yazılı cavab məktubunda "İrs" partiyasının təklifləri aydın şəkildə göstərilib.
Ovannisyanın sözlərinə görə, təkliflər kompleks proqramı əhatə edir.
"Əgər cənab Sarkisyan nə vaxt mənimlə üzbəüz görüşmək istəsə, Azadlıq meydanına gələ bilər və biz yaxınlıqdakı kafelərin birində ümummilli problemin həlli yollarını müzakirə edə bilərik. Bunadək meydanı tərk etməyəcəyəm", - o qeyd edib.
O bildirib ki, canlı efirdə də Sarkisyanla görüşməyə hazırdır.
Yerevan Ağsaqqallar Şurasına seçkilər barədə danışan Ovannisyan deyib ki, "İrs" partiyası seçkilərdə "vahid cəbhə"də iştirak etmək üçün hər şey edib.

AzNews.az