ƏSƏD: “Türkiyəni cəhənnəmə çevirin”

"REYHANLIDAKI TERROR AKTINI BƏŞƏR ƏSƏD İSTƏDİ"

Türkiyənin Hatay bölgəsindəkı Reyhanlıda çox sayda insan tələfatı ilə nəticələnən partlayışda Suriya lideri Bəşər Əsədin adı hallanır.

Türkiyə mətbuatının yazdığına görə, B.Əsəd ölkəsinin xüsusi xidmət orqanı olan "El Muhaberat"a "Türkiyəni cəhənnəmə çevirin" tapşırığını verib.

Bundan sonra Reyhanlıda məlum partlayış törədilib. Məlumatda bildirilir ki, partlayışda istifadə olunan avadanlıqları Əsadin adamı kimi tanınan Mehraç Ural təmin edib.

Qeyd edək ki, Reyhanlıdakı partlayışda 46 nəfər ölüb, 50 –dən artıq insan yaralanıb.

Elnarə Əlosmanqızı
AzNews.az