Ermənistan Azərbaycanın silahlanmaya ayırdığı diqqət və vəsaiti yaxından izləyir və təşvişə düşüb Ermənistan Azərbaycanın silahlanmaya ayırdığı diqqət və vəsaiti yaxından izləyir və təşvişə düşüb

Azərbaycanın silahlanması erməni naziri qorxutdu

Ermənistan Azərbaycanın silahlanmaya ayırdığı diqqət və vəsaiti yaxından izləyir və təşvişə düşüb




Ermənistanın müdafiə naziri Seyran Ohanyan mətbuata açıqlamasında Azərbaycanın hərbi resusrlarının günbəgün artmasından narahat olduqlarını bəyan edib. O, bildirib ki, Azərbaycanın hərbi resurslarının artması erməni hökumətini narahat edir:

"Azərbaycan hökumətinin silahlanmaya ayırdığı güc artıq heç bir çərçivəyə sığmır, bu münaqişənin danışıq yolu ilə nizamlanmasına mane olur. Bu hərəkət Azərbaycanın müharibəyə hazırlaşdığını göstərir. Biz bunun fərqindəyik. Hadisələri diqqətlıə izləyirik. Silahlanmada yarışa girməsək də, öz hərbi imkanlarımızı inkişaf etdirməklə öz işimizdən də qalmırıq".

Ohanyan həmçinin Ermənistan hökumətinə müraciət edib: "Hərbiyə büdcədən daha çox pul ayrılması pis olmazdı".

O, bildirib ki, Müdafiə Nazirliyi büdcədən az vəsait almağına baxmayaraq mövcud resurslardan məqsədyönlü istifadə edir:

"Biz xərclənən hər qəpiyə böyük diqqət yetiririk. Müasir silahlar almaq üçün alternativ maliyyə mənbələri tapırıq".

Erməni nazir həmçinin qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu istiqamətdə onlara kömək edəcək. Belə ki, KTMT-nın üzvləri üçün kifayət qədər yardım prosedurları yaradılıb. Üzv ölkələr aşağı qiymətlərlə silah almaq imkanına sahibdirlər.

Ohanyan Ermənistanın KTMT-nin təşkil edəcəyi bütün hərbi təlimlərdə yüksək səviyyədə iştirakının təmin ediləcəyini də vurğuylayıb. (modern.az)


AzNews.az