50 milyondan çox iranlı seçkilərdə səs verə biləcək 50 milyondan çox iranlı seçkilərdə səs verə biləcək

İranın seçki gözləntiləri: 50 milyon

50 milyondan çox iranlı seçkilərdə səs verə biləcək



İran daxili işlər naziri Mustafa Məhəmməd Nacarın bildirdiyinə görə, İranda 50 milyondan çox insan həm prezident, həm də şəhər və kənd şuraları seçkilərində səs verə biləcək. Bu barədə Trend Fars agentliyinə istinadən məlumat verir.

Nacar həmçinin bildirib ki, İranda 130 min seçki bülletenlərini salmaq üçün qutu 60 min seçki məntəqəsində qurulacaq.

İran mühacirlərinin səs verməsi üçün xaricdə 285 seçki məntəqəsi yaradılıb.

Seçkilərin keçirilməsində bir milyondan çox insan məsuliyyət daşıyacaq, nazir deyib.

Onun sözlərinə görə, 1,6 milyondan çox insan ilk dəfə səs verəcək.

Nacar həmçinin qeyd edib ki, İslam inqilabından sonra keçirilən bütün seçkilər ədalətli olub.

AzNews.az