Türk güləşçi erməni güdazına gedə bilər

Türkiyə güləşçisi Rza Kayaalpın Gəzi Parkı etirazları zamanı "twitter" səhifəsində paylaşdıqları başını bəlaya salıb.

Kayaalp Gəzi parkı etirazlarının "erməni işi" olduğunu deməsi ilə Taksim meydanındakı aksiyalara qatılanları təhqir etdiyi üçün sərt reaksiya ilə üzləşib.

Olimpiya üçüncüsü, Dünya və Avropa çempionu Rza Kayaalpın cəza alması üçün Beynəlxalq Olimpiya Komitəsinə (IOC) şikayət edilib.

Güləşçi haqqında Beynəlxalq Güləş Birliyinə (FILA) də şikayət ünvanlandığı öyrənilib.

Milli güləşçi, Aralıq dənizi Oyunlarının açılışında Türk bayrağını daşımışdı və bundan sonra Kayaalp, daha sərt reaksiya ilə qarşılaşmışdı.

IOC və FILA irqçiliyə qarşı olan sərt davranışları ilə tanınır.

Mütəxəssislər şikayətlər diqqətə alınarsa, güləşçinin müsabiqələrdən məhrum edilmə cəzası ala biləcəyini deyiblər.

AzNews.az