- Köhnə - Region
- 5 Avqust 2013 21:00
- 1 826
145 min nəfərin ölkəyə girişinə qadağa qoyuldu
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib.
"2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik", deyə Demidenko vurğulayıb.
Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur.
"Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır" deyə Demidenko bəyan edib.
AzNews.az