- Köhnə - Region
- 21 Avqust 2013 13:38
- 2 730
Rus tankları ABŞ-a meydan oxudu
AzNews.az xəbər verir ki, Moskvanın xaricində Alabino qəsəbəsində hazırlanan platformada dörd tank komandası var gücü ilə mübarizə aparıb. Qırmızı, yaşıl, mavi və sarı rəngli tanklar 20 kilometr boyunca suların olduğu sahələrdən keçərək hədəflərə atəş edib. Yarışmanı Rusiyanın müdafiə naziri Sergey Şoyqo təşkil edib. Gələn il keçiriləcək yarışlara ABŞ, Almaniya və İtaliyanı da də dəvət edən nazir, hərbi texnologiya sahəsində onlara meydan oxuyub. Şoyqo şərhində "Amerikanı da dəvət edirik. ABŞ müdafiə naziri Çak Heygel dəvətimizi qəbul etdi."- deyib. Tankların oyununda Qazaxıstan ikinci, Belarusiya üçüncü Almaniya isə dördüncü yeri tutub.
Əli Rais Hüseynli
AzNews.az