Əkrəm Əlyisli Ziyalılar Forumundan imtina etdi

Demokratik Qüvvələrin Milli Şurası yaranandan sonra Ziyalılar Forumu, "El" hərəkatı, eləcə də İctimai Palatanın fəaliyyəti kölgədə qalıb. İctimai Palata varlığını xatırlatsa da, ölkə ziyalıları çoxdandır bir araya gəlmirlər.

Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev Modern.az-a açıqlamasında bunun bəzi problemlərlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Milli Şuranın indiki çətin durumunda ziyalıların toplantı keçirməsi labüd olsa da, bu, baş tutmur.

"Ziyalılar Forumunun təsisçilərindən olan Rafiq Əliyev Azərbaycanda deyil. Ramiz Rövşənin başı anasının il mərasiminə qarışıq idi. Ziyalılar Forumunun Koordinasiya Şurası Milli Şurada yaranmış bu çətin zamanda iclas keçirməli idi, bu, zəruridir".

E.Quliyev daha sonra yazıçı Əkrəm Əylislinin Ziyalılar Forumunun iclaslarında qatılmamağından söz açıb. Bildirib ki, Ə.Əylisli dəfələrlə iclaslara dəvət olunsa da, o, bundan imtina edib:

"Əkrəm Əylisli Ziyalılar Forumunun hər bir iclasına dəvət olunub. Sadəcə, məlum hadisələr onun ictimai aktivliyinə təsir etdiyindən çox güman ki, özü iclaslara qatılmayıb".

Modern.az saytı deyilənlərə Əkrəm Əylislinin özündən münasibət öyrənməyə cəhd edib. Sualımızı dinləyən yazıçı cavab verməkdən boyun qaçırdı...

AzNews.az