Sabah MSK İbrahimbəyovla bağlı qərarını açıqlayacaq

Xəbər verdiyimiz kimi, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri avqustun 22-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Sənədlərin təqdimatından sonra MSK rəsmiləri mətbuata açıqlama verərək İbrahimbəyovun sənədlərinə 5 gün ərzində baxılacağını, qanuna müvafiq şəkildə cavab veriləcəyini bildirdilər.

MSK-nın İbrahimbəyova verdiyi 5 gün vaxt sabah – avqustun 27-də tamam olur, amma hələlik rəsmi cavab verilməyib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə əlaqə saxladıq. MSK rəsmisi Modern.az-a açıqlamasında bildirib ki, sabahki iclasda Rüstəm İbrahimbəyovun seçki sənədlərinə baxılacaq.

"Sabah iclasda ola bilsin ki, bu məsələyə baxılsın və qərar verilsin".

Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyovun seçki sənədləri uzun sürən müzakirələrindən sonra avqustun 22-də MSK-ya təqdim olunub. Hələ də Rusiya vətəndaşlığından çıxa bilməyən İbrahimbəyovun namizədliyinin MSK tərəfindən təsdiq edilməsi şübhə altındadır.

AzNews.az