Bakıya göndərilən erməni ilə bağlı daha bir maraqlı fakt; cəzalandırılanlar var

Bir müddət əvvəl Ukraynadan deportasiya edilərkən İrəvan əvəzinə Bakıya göndərilən Asatur Xaçatryanın işi ilə bağlı yenilikər var.

Erməni mətbuatının yazdığına görə, Ukrayna Erməni İttifaqının rəhbəri, deputat Vilen Şatvoryanın insidenti araşdırmaq üçün verdiyi deputat sorğusu cavablandırılıb.

AzNews.az "AnalitikaUA"ya istinadən xəbər verir ki, araşdırmaların nəticəsi olaraq Xaçatryanın Bakıya göndərilməsində səhlənkarlığa yol verən aviaşirkət kassiri məsuliyyətə cəlb edilib. Ancaq hələlik araşdırma davam etdiyindən ətraflı məlumat verilmir.

Qeyd edək ki, 22 yaşlı Asatur Xaçatryan sənədlərində problem olduğuna görə Kiyevdən deportasiya edilmişdi.

Ancaq "Borispol"aeroportunda onu Ermənistan əvəzinə Azərbaycana göndərmişdilər.

Elnarə
AzNews.az