Abdullah Gül ABŞ-a səfər edəcək

Türkiyə prezidenti Abdullah Gül sentyabrın 21-də ABŞ-a səfər edəcək.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, prezidenti xarici işlər naziri Əhməd Davudoğlu və digər diplomatlar müşayiət edəcək.

A.Gülün sentyabrın 24-də BMT-də çıxış etməsi nəzərdə tutulur. Bundan sonra isə Türkiyə prezidentin öz amerikalı və iranlı həmkarları Barak Obama və Həsən Ruhani ilə görüşləri planlaşdırılıb. Görüşlərin əsas müzakirə mövzusu Suriya olacaq. Görüşlərdə onlar Suriya münaqişəsinin həlli üçün səylərin artırılmasının və daha əhatəli strategiyanın tətbiq edilməsinin vacibliyini bildirəcəklər.

A.Gülün və Ə.Davudoğlunun ABŞ-da daha bir neçə görüş keçirməsi və BMT Baş Assambleyası tərəfindən təşkil olunan forumlarda iştirak etməsi gözlənilir.

AzNews.az