Moskvada skinxedlər miqrantlara hücum etdi- VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinin Brulyova məntəqəsində "skinxed"lər miqrantlara hücum edib. Hücum edənlərin sayının onlarla olduğu bildirilir.

Onlar oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmasını tələb edərək əsasən Orta Asyadan olan miqrantlara qarşı zorakılıq ediblər.

Rusiya mətbuatının məlumatına görə, baş verən hadisə nəticəsində 10 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onların arasından təsadüfən hadisə baş verən ərazidən keçənlər də var.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdşaları arasında da xəsarət alanlar var. OMON-un 5 əməkdaşının müxətlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Hətta OMON-un komandirlərindən birinin də yaralandığı və beyin travması aldığı yayılan məlumatlar arasındadır.




Elnur
AzNews.az