“BMT TŞ öz təsirini və gücünü itirir“

BMT Təhlükəsizlik Şurası (TŞ) insanların düşüncəsində öz təsirini və gücünü itirir. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerdən imtina etməsi doğru qərardır və daimi üzvlər bu barədə düşünməlidirlər.

Cümə axşamı tarixi ərzində ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Səudiyyə Ərəbistanı "ikili standartlar" siyasəti və əsas beynəlxalq problemlərin həll olunmasında TŞ-nin işinin səmərəsizliyi səbəbindən qurumdakı yerindən imtina edib. Bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.(trend)

AzNews.az