Kamikadze qadının 20 yaşlı əri axtarılır

Rusiya polisi terror aktı törədərək 7 nəfərin ölümünə səbəb olan Naida Asiyalovanın ikinci əri Dmitri Sokolovu axtarır. Volqoqradda sərnişin avtobusunda özünü partladaraq 7 nəfərin ölümünə səbəb olan qadının əri, Krasnoyarsk şəhər sakini Dmitri Sokolov hələ də tapılmayıb.

N.Asiyalovadan yaşca kiçik olan, 20 yaşlı Sokolov 2012-ci ilin dekabrından Moskva vilayətinin Mıtişi şəhərində itkin düşən şəxs kimi axtarışda olub. Onun bu terror aktında hansısa formada iştirakı istisna edilmir. Teror aktı törədən qadının ailəsi də N.Asiyalovanını terrorçulara meyllənməsində Sokolovu günahkar bilir.

Elnur
AzNews.az