- Köhnə - Region
- 29 Oktyabr 2013 20:39
- 4 039
“Mərmərə” tuneli istifadəyə verildi
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan, Türkiyə Prezidenti Abdullah Gül, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Yaponiyanın Baş naziri Sindzo Abe, o cümlədən Əfqanıstan, Gürcüstan, Bolqarıstan və Rumıniya hökumətlərinin nümayəndələri iştirak ediblər.
Bu dəmir yolu xəttinin Azərbaycan üçün strateji əhəmiyyət isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin Avropaya daşınmasının asanlaşmasından ibarət olacaq.
Qeyd edək ki, gün ərzində 1 milyon insan bu tuneldən çəkilən dəmir yolu vasitəsi ilə iki qitə arasında məsafəni 4 dəqiqəyə qət edəcək.