Ərdoğanın bu qərarı ona olan hücumları artıracaq

Türkiyə hökuməti qız və oğlan yataqxanalarının ayrılması barədə qərar çıxardı.
AzNews.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ayrı cinsdən olan tələbələrin eyni yataqxanada qalmasının yol verilməzliyi barədə öz hökumətinin münasibətini təsdiq edib.
"Bu məkanlarda(yataqxanalarda) nələr baş verir - aydın deyil. Orada hamı bir yerdə yaşayır. Nə desən baş verə bilər. Konservativ demokratik hökumət kimi, biz bunlara mane olmalıyıq", -baş nazir bildirib.
Ərdoğan qeyd edib ki, hökumət biganə qala bilməz ki, ayrı cinsdən olan tələbələr bir otaqda yaşasınlar.Əlavə olaraq o deyib ki, bu qərar şəxsi işlərə qarışmaq kimi qiymətləndirilməməlidir.
"Tələbələrin valideynləri dövlətdən kömək istəyirlər. Biz bu qərarımızla həm də onlara göstəririk ki, dövlət hər məsələni nəzarətdə saxlayır",-Ərdoğan qeyd edib.

AzNews.az