Erməni biznesmen oğluna görə 6 nəfərin qətlini sifariş verdi


Erməni biznesmen oğlunun qisasını almaq üçün 6 nəfərin ölümünü sifariş verib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, "Avrokompleks" tikinti konserninin 64 yaşlı rəhbəri Stepan Ananikyan polis tərəfindən saxlanılıb.

Polisin məlumatına görə, Aninikyan öz qohumları- Seyran Xoşbekanyan, Varazdat Martirosyan, Manveel Akopyan da daxil olmaqla 6 nəfəri oğlunun ölümündə günahlandırıb. İndiyə qədər qətldə adı hallanan 6 nəfərdən ancaq 3 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.

Məlum olub ki, 2008-ci ildə Krista Aninikyana naməlum şəxslər hücum edərək döyüblər.

Bundan sonra oğlunun ölümündə 6 nəfərdən şübhələnən ata killer tutaraq onların hər birinin ölümünə görə 300 min vəd edib. Ancaq vəziyyətdən şübhələnən şəxslərdən biri polisə xəbər verib və S.Ananikyan saxlanılıb.

Elnur
AzNews.az