- Köhnə - Region
- 28 Noyabr 2013 10:55
- 1 649
Moskva polisindən azərbaycanlılara qarşı daha bir HÜCUM

Bu dəqiqələrdə Moskvanın şimal-qərbində yerləşən və azərbaycanlıların da çox sayda olduğu topdansatış meyvə-tərəvəz bazasına polis gözlənilməz reyd keçirir.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dmitrovski şosesinə yaxın, Şimal qəsəbəsində yerləşən bazara bir neçə avtobusda çox sayda polis əməkdaşı gətirilib. Polisin bazardakı əcnəbilərin sənədlərini yoxladığı bildirilir.
Elnarə
AzNews.az