Qohumuna təcavüz edən kişinin boynu vuruldu


Səudiyyə Ərəbistanında insestdə (yaxın qohumlarla cinsi əlaqə) günahlandırılan kişinin boynu vurulub.

H.Qəzvanı adlı şəxsin edamına səbəb olan hadisənin detalları barədə məlumat verilmir.

Həmçinin edam olunan şəxslə qadının qohumluq əlaqəsinin hansı səviyyədə olduğu da açıqlanmır. Ancaq qadının bu əlaqədən sonra hamilə qaldığı vurğulanır.

AzNews.az "France-Presse"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında zorlama, qətl, zina, silahlı soyğunçuluq və narkoktik satışına görə edam hökmü nəzərdə tutulur.

Elnur
AzNews.az