Ərdoğan 37 nəfərin həbsindən danışdı


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarından başlayaraq həyata keçirilən əməliyyatlar nəticəsində 37 nəfərin saxlanmasına münasibət bildirib.

AzNews.az xəbər verir ki, baş nazir Əli Ağaoğlu və Rza Zərrabın da aralarında olduğu çox sayda insanın həbsini münasibətini belə açıqlayıb:

"Türkiyənin daxilində və xaricdə bu ölkənin istiqaməti ilə oynamaq istəyən bir qrup qaranlıq dairələr bilsinlər ki, bunu bacarmazlar. Türkiyə üzərində əməliyyat aparılacaq bir ölkə deyil. AKP iqtidarı buna imkan verməz. Birilərinin topu-tüfəngi, hiyləsi varsa, bizim də Allahımız var. Arxasında mətbauat, sərmayə və xarici bağı olanlar Türkiyədə əməliyyat apara bilməz. Millət və bu iqtidar buna icazə verməz".

Elnarə
AzNews.az