Məhəmməd-Reza Rəhimi: “Beynəlxalq yardımları qəbul etməyə hazırıq” Məhəmməd-Reza Rəhimi: “Beynəlxalq yardımları qəbul etməyə hazırıq”

İran beynəlxalq aləmə “ağız açdı”

Məhəmməd-Reza Rəhimi: “Beynəlxalq yardımları qəbul etməyə hazırıq”


Iranın birinci vitse-prezidenti Məhəmməd-Reza Rəhimi bəyanat verərək bildirib ki, onun ölkəsi yeraltı təkanlardan əziyyət çəkən insanlar adına beynəlxalq yardımları qəbul etməyə hazırdır.

AzNews.az xinhuanet.com saytına istinadən xəbər verir ki, mətbuat konfransında Rəhimi beynəlxalq içtimaiyyətdən narazılığını dilə gətirib və deyib ki, "İran digər ölkələrə təbii fəlakətlər zamanı yardım edib. Indi isə bizim ölkəmizin yardıma ehtiyacı var".


Qeyd edək ki, İranın birinci vitse-prezidentinin bəyanatı ilə ölkənin real addımları ziddiyyət təşkil edir. Belə ki, İran tərəfi türk xilasedicilərini və yardımlarını ölkəsinə buraxmaqdan imtina etmişdi.


Sadiq

AzNews.az