Güneldən keçmiş sevgilisinin tutulmasına Reaksiya

Müğənni Azəri qızı Günelin keçmiş sevgilisi Rza Zərrab ilə qalmaqallı ayrılması çoxlarına məlumdur.


Mövqe.az-ın məlumatına görə, son günlər iş adamı Rza bəyin rüşvət üstündə həbs olunması da diqqət mərkəzində olan məsələdir. Bu məsələlərdən sonra elə hər kəsi də maraqlandıran bir sual var.

Görəsən, Günel bu duruma necə reaksiya verəcək? Azəri qızı səssizliyini qorumağa çalışsa da, son vaxtlar sosial şəbəkələrdə paylaşdığı stastuslar diqqətimizdən qaçmayıb. Həmin ibrətamiz, lakin çox dərin məzmuna malik statusları sizin diqqətinizə çatdırırıq: "Qılıncın açdığı yaralar sağalar, amma dilin açdığı yara sağalmaz. Niyə xoşbəxtəm? Çünki heç kimə qarşı kin saxlamaram. İnsanların məndən daha yaxşı olmağına qısqancla yanaşmaram".

Xatırladaq ki, Rza Zərrab o vaxtlar müsahibələrinin birində Güneldən ayrılmasının səbəbini də açıqlayaraq belə bildirib: "Məndən əvvəl Günel Ramin adlı bir nəfərlə 3 il sevgili olub. Günellə münasibətimizin 4-cü ili idi, anası da bizimlə oturmuşdu. Birdən onun telefonuna SMS gəldi, özü də bilmədən telefonu əlindən aldım. Telefonda "Aşkım, səni seviyorum" məzmunlu mesaj vardı. Mesajı göndərən Günelin məndən əvvəlki sevgilisi idi. Dərhal Ramini aradım və telefonun səsini ucaltdım"-deyə bəyan edib. Rza Zərrabın bildirdiyinə görə, Ramin ona bir ay əvvəl Günelə görə həyat yoldaşı Ulduzdan boşandığını söyləyib: "Ramin dedi ki, Günel tez-tez ona zəng edərək, sevdiyini deyib və həyat yoldaşı da bunu öyrəndiyi üçün boşanıblar. Günel bütün bunlara bir cavab vermədi. Mən sonradan Ulduzu Azərbaycanda tapdım və bunun həqiqət olduğunu öyrəndim. Amma mən Günelin bu səhvini də əfv etdim" - deyə bildirib.

AzNews.az