- Köhnə - Region
- 25 Dekabr 2013 10:53
- 1 868
Daha iki nazirin istefası gözlənilir

Zafer Çağlayan və Muammer Gülerin istefasından sonra Avropa Birliyi naziri Egemen Bağış, Ətraf Mühit və Şəhərçilik naziri Erdoğan Bayraktarın necə davranacağı maraq doğurur.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbslərdən 8 gün sonra iki nazirin istefa verməsi və bu xəbərin nazirlər tərəfindən yeni iş gününün ilk dəqiqlərində açıqlanması müzakirələrin olduqca gərgin keçməsindən xəbər verir.
Adı rüşvət qalmaqalında halanan digər iki nazirin də yaxın zamanda istefa verəcəyi gözlənilir.
Elnarə
AzNews.az