Suriya İslam Əməkdaşlıq Təşkilatından da çıxarıldı Suriya İslam Əməkdaşlıq Təşkilatından da çıxarıldı

Əsəd blokadaya alınır

Suriya İslam Əməkdaşlıq Təşkilatından da çıxarıldı


Suriya müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilatdan – İslam Əməkdaşlıq Təşkilatı üzvlüyündən çıxarıldı. AzNews.az Pravda.ru saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün Məkkə şəhərində keçirilən xüsusi iclasda qəbul olunub.


Verilən məlumata görə, Məkkə forumunda təşkilata üzv olan 60 ölkədən 54-ü iştirak edib. İraq, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya forumda iştirakdan imtina ediblər. Rəsmi Dəməşq isə ümumiyyətlə, foruma dəvət almayıb. Təşkilatın baş katibi Ekməlləddin İhsanoğlu Suriyanın üzvlüyünün dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib ki, "bu Suriya rejiminə beynəlxalq aləmin etirazının göstəricisidir.

Beynəlxalq aləm artıq qan tökülməsini istəmir və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır". Rusiyanını Xarici İşlər Nazirliyi isə münaqişə tərəflərindən yalnız birinə qarşı yönəlmiş təzyiqləri düzgün hesab etmədiyini bildirib əlavə edib ki, bu münaqişənin həllinə xidmət etmir.


Sadiq

AzNews.az