- Köhnə - Region
- 4 Fevral 2014 19:08
- 3 758
Soçidə Olimpiya kəndinin açılışı olub - VİDEO

Şəhər küçələrində silahlı polislər və digər təhlükəsizlik qüvvələri gözə çarpır. 22-ci Qış Olimpiya oyunlarına hazırlıqlar geniş əks-səda ilə müşayiət olunub.
Rusiya hökumətinin oyunlarına təşkilinə külli miqdarda pul sərf etməsi ölkə daxilində bəzi etirazlara səbəb olmuşdu. Digər tərəfdən Rusiyanın ötən yay cinsi azlıqların təbliğ olunmasını qadağan edən qanun qəbul etməsi Qərb ictimaiyyətində qınaqa yol açmışdı. Bir sıra ölkə prezidentləri, Fransa, Almaniya və digər ölkə başçıları Soçiyə getməkdən imtina etmişdi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Soçi olimpiadasına sərf olunan xərclər barədə çıxış edərək, bunların Rusiya infrastrukturuna yatırılmış uzunmüddətli investisiyalar adlandırıb.
Bunlardan əlavə, açılışa 3 gün qalmış hələ bütün mehmanxanalar tam hazır deyil. Soçi Olimpiya Oyunlarının icraçı direktoru bildirib ki, idmançılar üçün nəzərdə tutulmuş 41 min otel otağından bir çoxu, ya tam başa çatmayıb, ya da telefon və televizorlarla təmin olunmayıb. Ancaq təşkilatçılar, bütün mehmanxanaların yaxın iki gün ərzində tam hazır olacağını açıqlayıb.
AzNews.az




