Ərdoğandan Başbuğun azadlığa çıxmasına - Münasibət

Türkiyə Baş naziri Ərdoğan bu ölkənin Baş Qərargah rəisi olmuş ordu generalı İlkər Başbuğun azadlığa buraxılması ilə bağlı açıqlama verib.

"Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.

Ərdoğan prosesi izlədiyini bildirib və məhkəmənin verdiyi qərarla bağlı "xeyirli olsun" deyib.

Baş nazir Ərdoğan həmçinin prezident tərəfindən Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsinin gələcəkdə hansı effekt verəcəyini insanların görəcəklərini deyib.


AzNews.az