Timoşenko həbsdə qaldı

Ali məhkəmə əvvəlki instansiyanın qərarını qüvvədə saxladı

Ukrayna ali məhkəməsində Yuliya Timoşenkonun kasasiya şikayətinə baxılıb. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, ali məhkəmə "qaz məsələsi" ilə bağlı əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, xanım Timoşenko ötən ilin avqustunda həbs edilmiş və Kiyev məhkəməsi ona 7 il həbs cəzası kəsmişdi. Xatırladaq ki, keçmiş hökumət rəhbəri Rusiya ilə qaz müqaviləsi bağlayarkən səlahiyyətlərini aşmaqda və milli maraqlara zərbə vurmaqda ittiham olunur. Timoşenko özü isə, bu faktları təkzib edir və həbsini siyasi sifariş hesab edir.

Sadiq
AzNews.az