Separatçılar amerikalı jurnalisti girov götürdü – Ukrayna

Ukraynanın Slavyansk şəhərində separatçılar amerikalı jurnalisti girov götürüb. AzNews.az-ın xəbərinə görə, bu barədə məlumatı ötən gün keçirilən brifinqdə Slavyansk şəhərinin "xalq meri" Vyaçeslav Ponomaryov deyib.
O bildirib ki, separatçılar ABŞ-dan olan jurnalist Saymon Ostrovskini girov götürsələr də sonra azad ediblər. Onun sözlərinə görə, S. Ostrovski ABŞ-da dərc olunan "Vice" qəzetinin müxbiridir. Brifinq keçirilən zaman jurnalistin valideyinləri ona zəng ediblər və narahat olduqlarını bildiriblər. Jurnalistin valideyinləri ilə telefonla danışan V. Ponomaryov övladlarının təhlükəsiz yerdə olduğunu və artıq narahatlığa heç bir əsasın olmadığını söyləyib.

Əhməd
AzNews.az