Rusiya dünyanın ən təcavüzkar ölkələri sırasında

İqtisadiyyat və Sülh İnstitutunun tərtib etdiyi qlobal sülhsevərlik indeksi açıqlanıb. "Media forum" saytının məlumatına görə, dünyanın 162 ölkəsi arasında aparılan reytinqin tərtibatında həm daxili faktorlar – ölkədə zorakılığın və cinayətkarlığın həddi, həm də beynəlxalq münasibətlər – hərbi ehtiyaclara və digər parametrlərə çəkilən xərclər nəzərə alınıb.

İndeksə əsasən, ən sülhsevər ölkələr İslandiya, Danimarka və Yeni Zelandiyadır. Sülhsevər ölkələrin ilk onluğuna Norveç, Sinqapur, Sloveniya, İsveç, Belçika, Çexiya, İsveçrə və Yaponiya daxildir.

İlk iyirmiliyin sıralaması ən sülhsevər qitənin Avropa olduğunu göstərib. İyirmilikdə Avropanın payına 13 ölkə düşüb.

Azərbaycan isə 126-cı yerdə qərarlaşıb.

Rusiya, Mərkəzi Afrika Respublikası, Konqo, Pakistan, Sudan, İraq, Suriya, Somali və Əfqanıstan cədvəlin sonuncu sıralarında yer alıb.

Siyahı ilə tanış olun.