Amerikalı jurnalist Donetskdə itkin düşdü


Ukraynanın seperatçıların nəzarətində olan Slavyansk şəhərində peşə fəaliyyətini yerinə yetirən amerikalı jurnalist və onun tərcüməçisi itkin düşüb.

AzNews.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu gün amerikalı jurnalist, "Buzzfeed" qəzetinin əməkdaşı Mayk Ciqlio və onun tərcüməçisi Yelena Qlazunova yoxa çıxıb. Sonuncu dəfə onlarla Slavyansk şəhərində olan zaman telefonla danışılıb. Məlumatda o da bildirilib ki, hadisə ilə bağlı anti-hökümət qüvvələrindən də informasiya öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, bu gün yerli vaxtla 05:00 radələrində Ukrayna Silahlı Qüvvələri Donetski vilayətinin rusiyameyilli separatçılarının nəzarətində olan Slavyansk şəhərində anti-terror əməliyyatına başlayıb. əməliyyat zamanı separatçılar silahlı müqavimət göstərir, qarşıdurmada hər iki tərəfdən ölənlərin olduğu bildirilir.

Aydan Axundova
AzNews.az