Krıma görə 300 KİV əməkdaşı mükafatlandırıldı

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasının işğalı zamanı informasiya müharibəsində yüksək fəallıq göstərən media nümayəndələrini mükafatlandırıb. AzNews.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, V. Putinin ictimaiyyətə açıqlanmayan əmri ilə Rusiyanın mətbuat orqanlarının 300-dən çoxuna orden və medallar təltif olunub. Rusiya prezidenti bununla bağlı sərəncam da imzalayıb. Təltif olunanlardan 90 nəfəri müxbirdir.

Sərəncamda bildirilib ki, jurnalistlər "Krım Respublikası"nda baş verən hadisələri yüksək peşəkarlıq və obyektivliklə işiqlandırdıqlarına görə müvafiq mükafatlarla təltif olunurlar. Sərəncam aprelin 22-də imzalanıb.
Xatırladaq ki, 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya Muxtar Respublikasının Rusiyaya ilhaqı zamanı həmin zaman ölkəyə rəhbərlik edən prezident Dmitriy Medvedyev cəmi 11 jurnalisti mükafatlandırmışdı.

Aydan Axundova
AzNews.az