Separatçılar jurnalisti girov götürdü- FOTO


Ukraynanın cənub-şərqində silahlı separatçılar jurnalisti girov götürüblər. AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, ötən gün Donetsk vilayətinin Manquş rayonunda jurnalist Nikolay Ryabçenko itkin düşüb. N. Ryabçenkonun oğlunun sözlərinə görə, dünən jurnalist hökumət qüvvələri ilə separatçılar arasında toqquşmaların baş verdiyi Manquş rayonuna yola düşüb. Sonuncu dəfə atası ilə axşam saatlarında danışıb. Daha sonra isə onunla əlaqə yaratmaq cəhdi uğursuz olub.

Jurnalistin ailəsindən o da qeyd olunub ki, gecə saatlarında N. Ryabçenkonun telefonunu naməlum şəxs kişi açıb və özünü "Donetski Xalq Respublikası"nın hərbi birləşməsinin nümayəndəsi kimi təqdim edib. Dəstəyi götürən şəxs N. Ryabçenkonun onların əlində olduğunu bildirib. Jurnalistin motoskleti isə şəhər kənarında tərkedilmiş vəziyyətdə tapılıb.

Aydan Axundova
AzNews.az