Ukraynada separatçılar 125 nəfəri girov götürdü


Ukraynanın cənub-şərqindəki Kramatorsk şəhərində separatçılarla silahlı qüvvələr arasında gərgin döyüş başalyıb. AzNews.az-ın xəbərinə görə, yerli mediaya Ukrayna Müdafiə Nazirliyinə istinadən bildirir ki, güc strukturlarının əməkdaşları arasında yaralananlar var.

Hazırda döyüş Kramatorsk yaxınlığındakı Starovarvarovka kəndində gedir. Hərbçilər meşədə gizlənən separatçıları zərərsizləşdirmək üçün əraziyə əlavə qüvvələr, o cümlədən helekopterlər cəlb edilib. Ukrayna Baş Prokurorluğu isə ölkənin cənub-şərq vilayətlərində separatçılar tərəfindən edilən cinayət hadisələri ilə bağlı açıqlama verib. Baş Prokurorluqdan bildirib ki, bu günə kimi separatçılar ələ keçirdikləri odlu silahlarla 78 nəfəri qətlə yetirib. Baş Prokurorluq 125 nəfərin separatçılar tərəfindən girov götürüldüyünü və qeyri-müəyyən yerlərdə saxlanıldığını qeyd edib. Ukrayna güc strukturları iddia edib ki, separatçıların əlinə 2 mindən çox silah, külli miqdarda pul və müxtəlif qiymətli əşyalar keçib.

Aydan Axundova
AzNews.az