Ermənilərin 51 itki verməsi xəbəri yalan çıxdı

Erməni tərəfinin 51 itki verməsi ilə bağlı yayılan məlumat Eduard Abramyan adlı Twitter istifadəçisinə istinadən yayılsa da hesab saxta çıxıb.

AzNews.az-ın meydan.tv-yə istinadən məlumatına görə, sözügedən xəberi ANS kanalının saytı yayıb. Buyurun baxın və bir screenshot da paylaşıblar. Guya jurnalist Eduard Abramyan adlı Twitter istifadəçisinə istinadən.

İndi gələk əsas məsələyə. Əvvəla Twitterdə bu hesabda adam yoxdur, buyurun keçidi kontrol edin: https://twitter.com/e_abramyan

İkincisi screenshota nəzər yetirin. "Delete" düyməsini siz də görürsünüzmü? Bu "silmək" düyməsidir ki, sadəcə və sadəcə bu hesaba daxil olan adam bu funksiyadan istifadə edə bilər. Bundan qaynaqlanaraq demək olar ki, bu screenshot saxtadır və saxtakar insanlar tərəfindən yaradılıb ki, camaatı çaşdırsınlar. Erməni tərəfinin 51 itki verməsi ilə bağlı

AzNews.az