Türkiyəyə böyük köç – Kürdlərlə ordu arasında qarşıdurma yarandı (Yenilənib)

Son günlər İŞİD (İraq Şam İslam Dövləti) və Kürd qüvvələri arasında gedən döyüşlər nəticəsində Türkiyə sərhədinə üz tutan suriyalıların sayı kəskin şəkildə artıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terrorçuları şimali Suriyada 21 kürd kəndini ələ keçirib. Bundan sonra cümə axşamından başlayaraq üç mindən çox suriyalı öz evlərini tərk edib. Suriyalı qaçqınlar Türkiyə sərhəddinə çatdıqdan sonra ordu tərəfindən saxlanılıb.

Türkiyə ərazisində yaşayan kürdlər yaxınlarını ölkəyə buraxmadıqları üçün etiraz ediblər.

Nəticədə ordu ilə kürdlər arasında qarşıdurma yaşanıb. Türkiyə rəsmiləri suriyalı qaçqınlardan sərhəddən çəkilib kürd regionu olan Kobaniyə qayıtmaqlarını tələb ediblər.

BMT-nin insan hüquqları üzrə Ali komissiyasının yaydığı məlumata görə Suriyada üç il ərzində davam edən silahlı münaqişələrdə 191 mindən çox adam öldürülüb.

12:03
***

İŞİD təhdidindən qaçan yüzlərlə insanın toplaşdığı ərazidə silah səsləri eşidildikdən sonra kürtlərin əraziyə girişinə icazə verilib

Xəyalə Mahmudova