Birləşmiş Erməni Fondu Ermənistana və qondarma respublikaya 21 milyon dollar yardım etdi Birləşmiş Erməni Fondu Ermənistana və qondarma respublikaya 21 milyon dollar yardım etdi

Ələ baxan ermənilər yenə “əl açdı”

Birləşmiş Erməni Fondu Ermənistana və qondarma respublikaya 21 milyon dollar yardım etdi



Daxili iqtisadi resurslara malik olmayan ermənilər xarici havadarlarının və erməni lobbisinin pullarına möhtac qalıb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, son 12 ayda Birləşmiş Erməni Fondu Ermənistana və qondarma respublikaya 21 milyon dollar həcmində yardım edib.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, 1989-cu ildən bu tərəfə fond Ermənistana və qondarma respublikaya 653 milyon dollar yardım edib. Qeyd edək ki, Birləşmiş Erməni Fondu bir erməni fondlarını özündə cəmləşdirən vahid mərkəzdir.

Sadiq Musa
AzNews.az