- Köhnə - Region
- 1 Fevral 2015 18:40
- 22 281
Sevdiyi üçün bıçaqlandı, son sözü “eşqim” oldu- VİDEO
Türkiyədə bir-birinə qoşulub Mardindən İstanbula qaçan iki gənc sevgili hamının gözü önündə bıcaqlanıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bıçaqlanan sevgililərdən 25 yaşlı oğlan ölüb, 19 yaşlı qız isə xəstəxanaya aparılıb.Şahidlər sevgililəri bıçaqlayan adamların 4 nəfər olduğunu və əvvəlcə gənc oğlana hücum etdiklərini deyirlər. Qız həmin şəxslərdən birinə "qardaşım" deyə səslənib.
Şahidlərin sözlərinə görə, oğlan son nəfəsində qızı çağıraraq "eşqim" deyib.
Kürəyindən yaralanan qız isə təcili yardım işçilərinə "bizi eyni xəstəxanaya aparın" deyib.
Onu da qeyd edək ki, 19 yaşlı qızın atası ötən gün Mardin Polis Şöbəsinə müraciət edərək qızının qaçırıldığı ilə bağlı şikayət edibmiş.
Cinayəti törədənlərin qızın yaxınları olduğu guman edilir. Polis genişmiqyaslı araşdırmalara başlayıb.
Nigar
AzNews.az