- Köhnə - Region
- 4 Fevral 2015 17:37
- 2 801
Ərdoğan yeni Konstitusiya istəyir
Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu il iyunun 7-də ölkədə keçiriləcək parlament seçkiləri yeni Konstitusiyanın qəbul edilməsi üçün təkan olacaq.
Prezident qeyd edib ki, indiki Konstitusiya ölkənin ehtiyaclarına cavab vermir.